29 İyun 2022 13:30
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada davam edən müharibədə yaralanan azərbaycanlı sürücü Samir Tahirov Azərbaycana göndəriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıycıları Assosiasiyası (ABADA) məlumat yayıb.

“18 mart 2022-ci il tarixində humanitar koridordan yararlanaraq S.Tahirov xüsusi təcili tibbi yardım avtomobili ilə Moldova Respublikasına təxliyə edilib. Kişinyov şəhərindəki xəstəxanalardan birinə yerləşdilən Samir əlavə iki cərrahi əməliyyat keçirib. Həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, Samir Tahirov 01.04.2022-ci il tarixində təcili tibbi yardım təyyarəsi ilə Türkiyə Respublikasının Ankara şəhərinə nəql edilib. Yaralı sürücümüz Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Türk həkimlərin səyləri nəticəsində Samir Tahirov sağlamlığına qovuşub. Son həkim komissiyasının qərarından sonra ölkəyə göndərilməsi gözlənilir”, - məlumatda deyilir.

Qeyd edək ki, S. Tahirov fevralın 28-də Xarkov şəhərində baş vermiş toqquşmalar zamanı ağır güllə yarası alıb.


Müəllif: Teleqraf.com