14 Yanvar 13:03
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Teleqraf.com-a bildirib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Şabran, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada müşahidə olunan duman görünüş məsafəsinin 50-200 metrədək məhdudlaşmasına səbəb olub.

“Dumanlı hava şəraitinin Bakıda və Abşeron yarımadasında günün ikinci yarısınadək, bölgələrdə isə yanvarın 16-dək davam edəcəyi gözlənilir. Dumanlı hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur".

Xidmət rəsmisi qeyd edib ki, duman sinoptik şəraitlə əlaqədar, qış fəsli üçün xarakterik olan atmosfer hadisəsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər