15 Avqust 2022 15:38
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.

Teleqraf.com xəbər verir ki, hazırda Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq tapşırığına əsasən, böyük ictimai əhəmiyyət kəsb edən bu yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Artıq Azərbaycanda dövlət qeydiyyatına alınmış aşağıda adları göstərilən siyasi partiyalar yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim ediblər:

Vətəndaş Həmrəyliyi Partiyası
Ana Vətən Partiyası
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası
Böyük Quruluş Partiyası
Vəhdət Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Demokratik İslahatlar Partiyası
Vətəndaş Birliyi Partiyası
Milli Cəbhə Partiyası
REAL Partiyası
Azərbaycan Demokrat Partiyası
Böyük Azərbaycan Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Ədalət Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası
Milli Vəhdət Partiyası
Aydınlar Partiyası
Azərbaycan Naminə Alyans Partiyası


Müəllif: Nemət

Oxşar xəbərlər