25 Avqust 2022 17:09
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Bakının Tbilisi prospekti ilə Şəfaət Mehdiyev küçəsinin kəsişməsindən Azər Əliyev küçəsi istiqamətində aparılacaq yenidənqurma işləri ilə bağlı nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dəyişdiriləcək.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 2, 6, 13, 37, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.

Dəyişikliyə əsasən:

2 nömrəli marşrut (S.Vurğun bağı istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. - Abbasqulu ağa Bakıxanov küç. - Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;

6 nömrəli marşrut (“Azadlıq prospekti” m/st istiqamətində): İnşaatçılar pr. – N.Nərimanov küç. – A.Şaiq küç. – İzmir küç. – Tbilisi pr. daha sonra öz xətti üzrə;

13 nömrəli marşrut (“Koroğlu” m/st istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – Ak.H.Əliyev küç. daha sonra öz xətti üzrə;

37 nömrəli marşrut (“İçərişəhər” m/st istiqamətində): Tbilisi pr. – Ş.Mehdiyev küç. – Ə.Haqverdiyev küç. – İnşaatçılar pr. – N.Nərimanov küç. daha sonra öz xətti üzrə

65 nömrəli marşrut (Azneft dairəsi istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) – C.Məmmədquluzadə küç. – H.Ələsgərov küç. – Tbilisi pr. - Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;

79 nömrəli marşrut (Mərkəzi Bank istiqamətində): Tbilisi pr. (“Grand Hayat” yaşayış kompleksinin qarşısından geriyə dönmə) – Ə.Salamzadə küç. (kənar yol) –C.Məmmədquluzadə küç. – H.Ələsgərov küç. – Tbilisi pr. - Cəfər Cabbarlı küç. daha sonra öz xətti üzrə;


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər