20 Sentyabr 2022 18:19
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Höteborq şəhərində yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatla əlaqədar beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildiriblər ki, “Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”nin sədri Ülviyə Nəcəfovanın adından yayılan bəyanatda sentyabrın 12-də gecədən törədilən hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Höteborqda yaşayan Azərbaycan icmasının beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan sülh danışıqları prosesinə məhz Ermənistanın hər vəchlə mane olmağa çalışdığı vurğulanıb.

Bildirilib ki, Cənubi Qafqaz regionunda sülhün bərqərar olması, erməni işğalından azad edilmiş ərazilərdə normal həyata qayıdışın təmin olunması istiqamətində ciddi və böyük səylər göstərən Azərbaycan dövlətindən fərqli olaraq, təcavüzkar Ermənistanın hərbi qarşıdurmalarda və regionda vəziyyətin gərginləşməsində maraqlı olduğu açıq-aşkar göz önündədir.

“Azərbaycan Qarabağ Azadlıq Mərkəzi” beynəlxalq qurumları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana güclü təzyiqlər göstərməyə və əməli addımlar atmağa çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər