Dünən beynəlxalq aləmdə ən çox müzakirə edilən mövzulardan biri Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmauel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Praqada keçirdiyi görüş olub.
Teleqraf.com xəbər verir ki, dünya mediasında geniş yer alan bu tədbir sosial şəbəkələrdə də əsas müzakirə mövzularından birinə çevrilib.
Belə ki, hətta bununla əlaqədar olaraq Tvitter-də trend siyahısında “President Ilham Aliyev” və “Prague” sözləri olub.