11 Dekabr 2022 17:26
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanən ən böyük aviaşirkətlərindən olan Türkiyənin «Türk Hava Yolları» (THY) şirkəti bazar kapitallaşmasına görə, daha da irəliləyərək Almaniyanın ən böyük hava daşıyıcısı olan «Lüfthanza»nı geridə qoyub.

Teleqraf.com FED.az-a istinadən xəbər verir ki, dekabrın 9-a olan məlumata görə, Türkiyə hava daşıyıcısının bazar dəyəri gün ərzində 3,83% artaraq 10,44 milyard dolları keçib. Müqayisə üçün bildirək ki, cəmi 6 gün əvvəl şirkətin bazar dəyəri 9,5 milyard dollar, 2 həftə əvvəl – noyabrın 26-da isə 8,43 milyard dollar idi.

Hazırda THY-nin səhmlərinin qiyməti 7,57 dollardır.

Ümumilikdə son bir ildə Türk Hava Yolları Şirkətinin səhmləri 5 dəfə artıb – 1 il əvvəl şirkətin ümumi dəyəri 1,94 milyard dollar idi.

Türk Hava Yolları bu artımdan sonra bu sahədə dünyanın ən böyük aviaşirkətlərindən olan Yaponiyanın «ANA Holdinqs» şirkətini və Avropanın ən böyük şirkətlərindən olan Almaniyanın «Lüfthanza» şirkətini geridə qoyub.

Belə ki, hazırda «ANA Holdinqs»in bazar dəyəri 10,01 milyard dollar, «Lüfthanza»nin bazar kapitalizasiyası isə 9,73 milyard dollar təşkil edir. Son 1 ildə «Lüfthanza»nin bazar dəyəri 16,5%, «ANA Holdinqs»in bazar dəyəri isə cəmi 1,14% artıb.

Bu dəyişiklikdən sonra Türk Hava Yolları bazar dəyərinə görə dünyanın 9-cu ən böyük aviasiya şirkəti olub. Siyahıya 22,4 milyard dollar bazar dəyəri ilə ABŞ-ın «Southwest Airlines» şiruəti başçılıq edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər