Bakıda yaşayış binasında yanğın olub.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 57 m² olan mənzilin eyvanında 4 m² sahədə rəf yanıb, yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.