“İrandakı səfirliyimizə hücum dövlətimizə və diplomatlarımıza qarşı terrordur".
Teleqraf.com xəbər verir ki, bunu parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Kamran Bayramov deyib.
O əlavə edib ki, terror zamanı və ondak sonrakı dövürdə İranın səhlənkarlığı və terrora məişət donu geyindirməyə çalışması hiddət doğurur.
Deputat Nizami Səfərov isə deyib ki, Azərbaycan səfirliyinə terror hücumu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir:
“Beynəlxalq konvensiyaya görə, səfirliklərin və diplomatik nümayəndəliklərin qorunması yerləşmə dövlətin vəzifəsidir. İran bu vəzifəsini kobud şəkildə pozub”.