Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə XİN tviterdə paylaşım edib.
"Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır", - paylaşımda deyilir.