Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş naziri Şinzo Abeyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".
Dövlətimizin başçısı Tunis Respublikasının yeni seçilmiş Prezidenti Beji Kaid əs-Sebsiyə də təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunur: "Tunis Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".