26 Fevral 2023 14:06
303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müdafiə naziri Hulusi Akar fevralın 26-da Kahramanmaraşda qurulan səhra xəstəxanasını ziyartə edib.

Teleqraf.com xəbər verir ki, nazir hazırda orada fəaliyyət göstərən Azərbaycan hərbi həkimləri ilə də söhbət edib.

Söhbət ənsasında H.Akar onlara işlərinə görə təşəkkür edib, Türkiyə və Azərbaycanın “iki dövlət, bir millət” olduğunu bildirib.

"Biz bunu 44 gün davam edən Vətən müharibəsində göstərdiyimiz kimi, bu gün də siz göstərirsiniz. Biz birgə fəaliyyətlərimizi davam etdirəcəyik. Biz kədərdə də, sevincdə də birlikdəyik. Sağ olun, var olun, yaşasın Azərbaycan-Türkiyə qardaşlığı", - deyə nazir bildirib.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər