Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 20 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Teleqraf.com xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 15 yük və 2 minik avtomobili Laçından Xankəndi, 2 minik və 1 yük maşını isə əks istiqamətə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 65-ə çatıb.