Az olmasına baxmayaraq mövcud su ehtiyatlardan səmərəli istifadə edilmir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bugünkü plenar iclasda çıxışı zamanı bildirib.
Sadiq Qurbanov bildirib ki, müxtəlif tədbirlərdən istifadə edilməsinə baxmayaraq, su itkisi yüksək olaraq qalır:
"Bu durumda suya qənaət etmək, mövcud su ehtiyatlarından səmərəli istifadə etmək zəruridir".
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə deyib ki, dünyada su ehtiyatları tükənməkdədir:
"Azərbaycanda da su qıtlığı yaranıb. Xüsusilə də əkin suyuna olan tələbat artıb. Hamılıqla bu problemi diqqətə almalı, ona uyğun münasibət göstərməliyik".