23 Mart 2023 10:30
9 405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oqtay Əliyevin ürək əməliyyatı keçirməsi haqqında yayılan xəbərlər şayiədir.

Bu barədə Teleqraf.com-a açıqlamasında əməkdar artist Dilarə Əliyevanın qardaşı Vüsal Murtuzəliyev deyib.

"Rəy verilib ki, ürəyində problem olub. Amma ürəyindən əməliyyat olunmayıb, yalandır. Avtomobili idarə edən zaman, sükan arxasında bir anlıq huşunu itirib, idarəetməni itirib", - o bildirib.

Vüsal Murtuzəliyev bacısı Dilarə Əliyevanın səhhətindən də danışıb: "Dilarə şok vəziyyətindədir, evdədir, onu da təcili yardım maşını gətirib. Xəsarəti yoxdur".

O, Oqtay Əliyevin harada dəfn olunacağına da aydınlıq gətirib: "Ailə üzvləri onun Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılmasını istəyirlər. Amma daha öncə fikrimiz onu Mehdiabad məzarlığında dəfn etmək idi, çünki nənəsi həmin yerdə dəfn olunub. Bacım dedi ki, Oqtay Əliyev hörmətli adamdır, fəxri titulu var, ona görə də onun Qurd Qapısı qəbiristanlığında dəfn olunmasını istəyir. Mədəniyyət Nazirliyindən dəfnlə bağlı cavab gözləyirik".

Qeyd edək ki, Oqtay Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Avtomobildə xalq artisti Mehriban Zəki yaralanıb, Dilarə Əliyeva isə yüngül xəsarət alıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər