18 Aprel 2023 16:28
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə qeyd olunacaq Ramazan bayramı ilə bağlı tapşırıq verib.

Qurumdan Teleqraf.com-a verilən məlumata görə, M.Qurbanlı aprelin 18-də videoformatda keçirilən müşavirədə Ramazan bayramı ilə əlaqədar DQİDK-nın mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb.

Sədr bayram namazında Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini, o cümlədən bu məqsədlə bölgə şöbələrinin əməkdaşları tərəfindən yerlərdə monitorinqlərin keçirilməsinin labüdlüyünü vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər