Xəbər verdiyimiz kimi, tanınmış idmançı Mehman Xəlilov Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib və nəticədə uşaq dünyasını dəyişib. Azərbaycan Cüdo Federasiyası (ACF) yaydığı rəsmi açıqlamada Mehman Xəlilovun cüdoçu olmadığını bəyan edib. Mehman Xəlilovun məktəbdə necə məşq keçməsi, hansı əsasla məktəbin zalını icarə götürdüyü məsələsi sosial şəbəkədə müzakirə olunur.
Məsələ ilə bağlı Teleqraf.com Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəblə əlaqə saxlayıb.
Özünü məktəb direktorunun müavini kimi təqdim edən və adını açıqlamayan şəxs hazırda direktor Pərvanə Ramazanovanın işdə olmadığını söyləyib:
"Biz hadisə ilə bağlı heç bir məlumat verməyəcəyik".