Azərbaycanın ən ucqar bölgələrində, hətta Naxçıvanda belə vəkil çatışmazlığı var. Bu da çox ciddi bir məsələdir. Ona görə də, vəkilliyə qəbul prosesi sadələşdirilməlidir.
Teleqraf.com xəbr verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Fazil Mustafa deyib.
Onun fikrincə, bu, dövlət qulluğuna qəbul deyil ki, olduqca çətin prosedurlardan keçsin.
Depuat əlavə edib ki, əqli mülkiyyətlə məşğul olan qurumlarımız ölkəmizə məxsus məhsulların brendləşməsini həyata keçirməlidir: "Burada Naftalan neftinin xüsusi müalicəvi əhəmiyyəti daha çox önə çəkilməlidir".