29 Avqust 2023 11:34
280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Dağıntılar altında qalmış zərərçəkmişin xilas edilməsi” mövzusunda praktiki təlim keçirilib.

Teleqraf.com xəbər verir ki, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağıntı zamanı zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər tərəfindən şərti dağıntı zamanı “xəsarət almış zərərçəkmiş” xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib.

Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər