14 Oktyabr 2023 23:45
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sosial şəbəkələrdə paytaxt ərazisində “Toyota Prius” markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etməsini özündə əks etdirən görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Teleqraf.com-a bildirib ki, bu görüntülər əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü, paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb. Onun üzərindən narkotik vasitə heroin aşkar edilib.

Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Hazırda Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər