14 Dekabr 2023 21:06
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunun Nisəqala kəndində "Azərqaz" tərəfindən təşkil olunan "Səyyar qəbul otağı"na 40-a yaxın vətəndaş təşrif buyursa da, cəmi 4 nəfər mikrofon önünə çıxıb.

Teleqraf.com xəbər verir ki, ünvanlanan 4 müraciətin 3-ü Nisəqala, 1-i isə qonşu Dəryavar kənd sakinlərinin probleminə aid olub.

Daha dəqiq desək, hər iki kəndin sakinləri Nisəqala ilə Dəryavarın təbii qazla təmin edilməsini xahiş edib.

Lənkərən RQİİ-nin rəhbər şəxsləri məsələ ilə bağlı qeydiyyatlarını aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər