"Nar" Azərbaycan kuboku uğrunda Xankəndi stadionunda keçirilən tarixi görüşdə hər iki komandaya uğurlar diləyir.
Teleqraf.com xəbər verir ki, şəhərin azad edilməsindən sonra Xankəndi şəhər stadionunda baş tutan ilk qarşılaşma “Qarabağ” və “MOİK” futbol klubları arasında keçirilir.
Qeyd edək ki, "Nar" Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə azad edilmiş ərazilərdə rabitə insfrasturukturunu və xidmət şəbəkəsini sürətlə genişləndirir. Mobil operator Şuşa, Xankəndi, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Füzuli, Tərtər və Ağdam şəhərlərini əhatə edən 100-dən çox baza stansiyasını istismara verib. Eləcə də, “Nar” Laçın şəhərində satış və xidmət mağazasını təqdim edən ilk mobil operator olub.