Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində təkcə ermənilərlə deyil, onların arxasında dayananlarla da savaşdı və qələbə qazandı.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev başlatmış olduğu haqq işini uğurla başa çatdırdı: "Azərbaycan bu gün Ali Baş Komandanın rəhbərliyi ilə bütün sahələrdə uğur qazanır".
Deputat bildirib ki, Azərbaycan bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atacaq.