2023-cü ilin 11 ayı ərzində dövlət ittihamçılarının iştirakı ilə birinci instansiya məhkəmələrində baxılan cinayət işlərindən 12434 cinayət işi üzrə 13715 cinayət törətmiş şəxs barəsində - təqsirliliyi sübuta yetirilməklə ittiham hökmü çıxarılaraq cəza təyin edilmişdir, eyni zamanda 143 iş üzrə 178 şəxs barəsində bəraət verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov 28 dekabr “Vəkil Günü” peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının təntənəli iclası zamanı deyib.
"İttiham tərəfi olaraq, prokurorluqda - bəraət hökmləri soyuqqanlı oponentliklə qəbul edilir" - deyə qeyd edən Baş prokurorun müavini bildirib ki, əgər cinayət törətmiş bir şəxsin təqsiri məhkəmədə sübuta yetirilərək layiqli cəza alırsa, həm dövlətin, həm cəmiyyətin, həm də zərər çəkmiş şəxslərin mənafeyi qorunmuş olur.