Xəzər dənizində gün ərzində üçüncü dəfə zəlzələ olub.
Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkanlar yerli vaxtla saat 18:49-da qeydə alınıb. Zəlzələ 3.3 maqnitudada olub
***
17:01
Yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
***
13.45
Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.