28 Yanvar 2015 17:57
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi planına əsasən, Maddi-Texniki Təminat Baş İdarəsində bu gün "Heydər Əliyev irsini öyrənirik" mövzusunda nümunəvi məşğələ keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, çıxış edən İdarənin zabiti polkovnik İslam Gəncəliyev bildirib ki, müdafiə nazirinin müavini general-mayor Qorxmaz Qarayevin müvafiq əmri ilə qurumun tabeliyindəki hərbi hissə və bölmələrdə Azərbaycan xalqının ümummilli liderin siyasi fəaliyyətini, onun mənalı ömür yolunu şəxsi heyətə geniş təbliğ etmək məqsədilə "Heydər Əliyev irsini öyrənirik" mövzusunda ictimai-siyasi məşğələlər təşkil edilir.

"Əlbəttə, bu məşğələlərin keçirilməsində əsas məqsəd ulu öndərin Vətənimiz qarşısında misilsiz xidmətlərini hərbi qulluqçularımıza təbliğ etmək, onun siyasi irsini dərindən öyrənməkdir", - deyə İ.Gəncəliyev bildirib.

İ.Gəncəliyev müasir Azərbaycan dövlətçiliyinin yaradılmasında və ordumuzun formalaşmasında ümummilli liderin tarixi xidmətlərindən danışaraq dahi şəxsiyyətin mənalı ömür yolunun Silahlı Qüvvələrin şəxsi heyəti üçün ən layiqli örnək olduğunu vurğulayıb.

Sonda dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər