21 May 12:27
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyası çağırılacaq.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı deputatlar arasında imza toplanılmasına başlanılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Parlamentin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər