21 May 20:36
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti İbrahim Rəisinin ölümünün regional baxımdan heç bir nəticəsi olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Yıldırım Beyazit Universitetinin professoru Bilal Sambur deyib.

Professor helikopter qəzasının texniki səbəblərdən baş verdiyini bildirib.

“İranda oturuşmuş bir sistem var və onun rəhbəri də bu sistemin bir parçasıdır. Liderin ölümünün İranın regional münasibətlərinə təsir edəcək heç bir nəticəsi olmayacaq. Rəisidən dərhal sonra qurulacaq yeni hökumət artıq həyata keçirilən siyasəti davam etdirəcək. İranda sistem fərdlərdən asılı deyil. Yaxın Şərq kimi bir yerdə bir prezidentin helikopter qəzası nəticəsində ölməsi bəzi fərziyyələr yarada bilər, amma bu haqda danışmaq hələ tezdir.

Xameneyi İran-İsrail münasibətlərinin mərkəzində dayanır, ona görə də iki ölkə arasındakı gərginlik Rəisi ilə bağlı deyildi. İranda əsas güc mərkəzi olan Xameneyinin irəli sürdüyü xətt növbəti prosesi müəyyən edəcək. Rəisinin ölümü yeni situasiya yaratmayacaq, amma Qəzza və digər beynəlxalq faktorlar fonunda İranla İsrail arasında gərginlik artmağa davam edəcək”, - Sambur vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər