Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliyevə başsağlığı verib.
Başsağlığında deyilir: "Bolqarıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, bütün Bolqarıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".