4 İyul 18:05
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 iyulda ölkəmizdə baş tutacaq "iFest" İnnovasiya və Texnologiya Festivalı haqqında mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, mətbuat konfransında açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) PR və Media Komitəsinin sədri Dilşad Musa edib.

Daha sonra tədbirin ev sahibi Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının sədri Nigar Ələsgərova "iFest" İnnovasiya və Texnologiya Festivalı haqqında məlumat verib.

Nigar Ələsgərova qeyd edib ki, layihənin əsas məqsədi texnologiya şirkətlərinin tanıtımını etmək, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və nümayişini həyata keçirməkdir:

"Festival müddətində "Startap Forumu"nun təqdimatı, texnologiya şirkətlərinin və startapların sərgisi, həmçinin texnoloji şou və konsert proqramları keçiriləcək. Foruma Rusiya, Qazaxıstan, Özbəkistan və Türkiyədən investorlar və iştirakçılar cəlb olunacaq. Bu il "iFest" ölkəmizdə baş tutacaq COP29-həsr olunacaq və "Yaşıl texnologiya-yaşıl dünya naminə" şüarı ilə həyata keçiriləcək".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər