3 İyul 13:04
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il 3 iyul tarixi dünyanın bir çox ölkəsində plastik torbaların ətraf mühitə və insan sağlamlığına verdiyi zərərlərə diqqət çəkmək və insanların bu zərərləri azaltmaq üçün daha davamlı alternativlərə keçməsini təşviq etmək məqsədilə “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” kimi qeyd olunur.

Teleqraf.com xəbər verir ki, plastik torbalar planetimiz üçün böyük problem olaraq qalır. Hər il təxminən 100000 dəniz canlısı bu səbəbdən məhv olur, qida zəncirinə daxil olduqda, insan sağlamlığına da zərər verə bilər.

Plastik torbaların istifadəsini azaltmaq və daha dayanıqlı alternativlərə keçmək, həm ətraf mühiti qorumaq, həm də insan sağlamlığını təmin etmək üçün vacibdir.

Ətraf mühitə zərərli olmaqla yanaşı, plastik torbalar nadir hallarda təkrar emala yararlıdır.

Birdəfəlik plastik torbalar bəzi ölkələrdə tamamilə qadağan edilib, digər yerlərdə də polietilen torbaların müəyyən növlərinin istifadəsinə qadağa qoyulub və ya xüsusi qaydalar tətbiq edilib.

Ümumilikdə, təxminən 127 ölkə plastik torbaların istifadəsini qaydalarla tənzimləyir. Bu qaydalara plastik torbaların mərhələli şəkildə ləğvi və təkrar istifadə edilə bilən çantalar üçün təşviqlər də daxildir.

Ölkəmizdə də 15 mikrona kimi olan polietilen torbaların istehsalı və istehlakı qadağandır. Eyni zamanda daşıma vasitəsi kimi kassalarda verilən polietilen torbalar ödənişlidir.

Gəlin, bir gün deyil, hər gün polietilen paketlərdən imtina edək və ekoloji təmiz alternativlərdən istifadəyə üstünlük verək. Hər birimiz kiçik addımlarla bu dəyişikliklərə töhfə verə bilərik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər