5 İyul 10:46
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com astroloji proqnoza görə bu ay evlilik planları quracaq 4 bürcü təqdim edir:

Xərçəng – Xərçənglərin evlilik planı qurması üçün uyğun aydır. Çünki iyul Xərçəngin doğulduğu aydır. Onların həyatında mənalı hadisələr baş verəcək. Emosional olaraq məmnunluq gətirən hadisələr gözlənilir. Onlar istədikləri münasibəti yaşaya biləcəklər.

Tərəzi – Tərəzilər evlilik üçün uyğun bir dövrə qədəm qoyurlar. Ciddi qərarlar qəbul edə bilərlər. Həm sevgi, həm də karyerada böyük uğurlar gəlir. İyul Tərəzilərə sevinc, şans və yaxşı başlanğıclar gətirə bilər. Ancaq cəsarətli davranmağı unutmamalıdırlar...

Balıqlar - Balıqlar üçün romantikanın hakim olduğu sevgi dolu bir ay gözlənilir. Sevgini cəsarətlə qarşılayan Balıqlar dəyişiklik astanasındadırlar. Onlar istədikləri münasibəti yaşayacaqlar. Hətta evlilik təklifi də ala bilərlər.

Şir - İyulun sonu Şir bürcünün başlanğıcına təsadüf edir. Sevgi və evlilikdə əhəmiyyətli uğurlar əldə edəcəklər. Qapılarını xoşbəxt münasibətlərə, romantik görüşlərə və həyəcanlı əlaqələrə açan Şirlər üçün bu ay sürpriz qərarlar vermək çox asan olacaq.


Müəllif: Şəbnəm Zahir