29 Avqust 14:53
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində növbəti verilişini hazırlayıb.

Verilişimizin qonağı Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlıdır.

Q.Çaxmaqlı Qərbi azərbaycanlıların deportasiyasının ermənilərin indiki İrəvan əraizisinə köçürüldüyü gündən başladığını bildirib. Onun sözlərinə görə, 1829-cu ildən başlayaraq ermənilər təkcə İrəvan xanlığının ərazisinə deyil, Qarabağ və Naxçıvana da köçürülüb: “Qərbi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımız təkcə Azərbaycan ərazilərinə deyil, Türkiyəyə də deportasiya olunublar. Yüz minlərlə soydaşımız Türkiyəyə köçməli olub və indi də orada yaşayırlar. Soydaşlarımızın geri dönüşü ilə bağlı kompleks tədbirlər həyata keçirilməlidir. İnanıram ki, Qərbi Azərbaycana Qayıdış icması bu prosesə mühüm töhfə verəcəkdir. Ermənistanın bütün sərhədləri azərbaycanlılarla əhatə olunub. Bu, bird aha sübut edir ki, Ermənistan adlı dövlət tarixi Azərbaycan torpaqlarında yaradılıb. Soydaşlarımız öz yurdlarına qayıtmayana qədər nə Azərbaycan, nə də Türkiyə Ermənistanla əlaqələr qurmamalıdır. Qaydış məsələsi Ermənistanın qarşısında vacib şərt kimi qoyulmalıdır”.

Q.Çamaqlının Qərbi Azərbaycana qayıdışla bağlı daha ətraflı fikiləri ilə aşağıdakı verilişdə tanış ola bilərsiniz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər