11 Sentyabr 19:00
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədqiqatçılar müəyyən ediblər ki, gecələr gec yatan insanların bədən kütləsi indeksi daha yüksəkdir və şəkərli diabet riski daha tez yatanlara nisbətən onlarda 46 faiz çoxdur.

Teleqraf.com xəbər verir ki, hollandiyalı tədqiqatçılar gecə gec yatmaqla diabet və bədənin yağ faizi arasındakı əlaqəni araşdırıblar.

Araşdırmaya qatılan orta yaşı 56, orta bədən kütlə indeksi 30 olan 5 mindən çox insanın yuxu və oyanma saatları qeyd edilib, beləliklə, yuxuların orta nöqtəsi hesablanıb.

Eyni zamanda, tədqiqatçılar iştirakçıları yuxu və oyanma saatlarına görə 3 kateqoriyaya ayırıblar: 20 faiz erkən xronotip, 20 faiz gec xronotip, 60 faiz orta xronotip olub.

Araşdırmaçılar bütün iştirakçıların bədən kütləsi indeksini hesablamaqla yanaşı, onlardan 1526-nın qaraciyəri kimi daxili orqanlarının da yağ tərkibini ölçüblər.

Yaş, cins, təhsil, bədən yağ faizi və həyat tərzi kimi şərtləri nəzərə alan tədqiqatçılar müəyyən ediblər ki, şəkərli diabetin inkişaf riski orta xronotip kateqoriyasında olanlarla müqayisədə gec xronotip kateqoriyasındakı iştirakçılarda, yəni gec yatanlarda 46 faiz yüksəkdir.


Müəllif: Mələksəda Zeynallı

Oxşar xəbərlər