18 Sentyabr 16:31
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya Prezidenti Aleksandr Stubb veto hüququnu ləğv etməklə və Ukrayna kimi qeyri-qanuni müharibələrdə iştirak edən qurum üzvlərinin (Rusiya nəzərdə tutulur – red.) üzvlüyünü dayandırmaqla BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağı təklif edib.

Teleqraf.com xəbər verir ki, Stubb planını gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının sammitində açıqlayacağını deyib.

Tədbirdə Təhlükəsizlik Şurasının tərkibi müzakirə olunacaq.

Bundan əlavə, Finlandiya lideri Latın Amerikasından 1, Afrikadan 2 və Asiyadan 2 daimi ölkə olmaqla, daimi üzvlərin sayını 5-dən 10-a çatdırmağı təklif edib.

“Heç bir dövlətin BMT Təhlükəsizlik Şurasında veto hüququ olmamalıdır”, - prezident vurğulayıb.

BMT Təhlükəsizlik Şurası hazırda 5 daimi üzvdən ibarətdir: Böyük Britaniya, ABŞ, Çin, Fransa və Rusiya.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər