18 Sentyabr 20:54
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın Baş naziri Nəcib Mikati hökumətə ölkənin İsraillə müharibəyə hazır olması ilə bağlı xüsusi tapşırıq verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin ətraf mühit naziri Nasir Yasin deyib.

O deyib ki, hazırda ölkədə üç aylıq ərzaq ehtiyatı var, üstəlik Livana 40 min tondan çox dənli bitkilər və un gətirməli olan gəmi yaxın günlərdə təyinat nöqtəsinə çatacaq.

N.Yasinin sözlərinə görə, ehtiyac yarandıqda humanitar yardım qismində ölkəyə gətirilən 50 min ədəd ərzaq bağlaması əhaliyə paylanacaq. Ətraf mühit naziri onu da əlavə edib ki, toplantıda logistik məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər