18 Sentyabr 10:06
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Livandakı səfiri Müctəba Əmani dünən Beyrutda baş verən partlayış nəticəsində bir gözünü itirib, digəri ağır xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri Əmaninin xəsarətlərinin ilkin məlumatlardan daha ağır olduğunu və müalicə üçün Tehrana aparılacağını bildiriblər.

Dünən axşam saatlarında baş verən partlayışlarda azı 9 nəfər ölüb. Olaylara görə İran və Livanda İsrail ittiham edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər