18 Sentyabr 15:06
4 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana deyirik ki, gəlin razılaşdırdığımız maddələri imzalayaq, razılaşdırılmamış məsələlərə keçək, amma onlarda belə bir fikir var ki, yox, bütün maddələr razılaşdırılmayana qədər sülh müqaviləsi imzalanmamalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Həmin müqavilədə neçə maddə olmalıdır? Məsələn, Azərbaycanın aylar əvvəl təklif etdiyi, razılaşdırılmayan bir maddə var. Deyək ki, hamısı razılaşdırılmış X sayda maddə var. Tərəflərdən biri deyə bilər ki, başqa bir maddə də var və bu barədə də razılaşmaq lazımdır. Bununla razılaşa bilərik, o zaman başqa bir maddə ortaya çıxa bilər. Heç yerdə yazılmayıb ki, sülh müqaviləsi 25 maddədən ibarət olmalıdır, 14 və ya 17 maddə ola bilməz.

Həmişə başqa bir maddə ortaya çıxa bilər və tərəflərdən biri deyə bilər ki, bununla razılaşana qədər müqavilə imzalamağı mənasız hesab edirik. Fakt budur ki, bütün mümkün suallara cavab verən müqavilə yoxdur”, - Paşinyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər