18 Sentyabr 12:12
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 5 nömrəli Peşə Liseyində tələblər arasında dava olub.

Teleqraf.com xəbər verir ki, liseyin 4-cü kurs tələbəsi, 2005-ci il təvəllüdlü Nəsirov Elmir Ramil oğlu həmin təhsil ocağının tələbəsi ilə mübahisə edib.

Mübahisə zamanı tələbə yoldaşı ona xəncərlə 5 zərbə endirib. Yaralının ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Əməkdaşımız yaralının vəziyyətini öyrənmək üçün Respublika Neyrocərrahiyyə Xəstəxanası ilə əlaqə saxlayıb.

Xəstəxanadan saytımıza bildirilib ki, Elnur Nəsirov təcili yardım xidməti vasitəsilə çoxprofilli xəstəxanaların birinə aparılıb.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər