18 Sentyabr 10:43
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, sentyabrın 20-də hərbçilər Məmmədov Mübariz İlyas oğlu Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlu Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, Rüstəmov Tərlan Kamal oğlu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında və Qəhrəmanov Bilal Qəhrəman oğlu Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn olunacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər