18 Sentyabr 20:46
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İsraili işğal olunmuş Fələstin ərazilərini tərk etməyə çağıran qətnamə qəbul edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayılıb.

“BMT Baş Assambleyası qəbul edilmiş müvafiq sənədlə İsraildən Fələstinin işğal olunmuş ərazisində qanunsuz mövcudluğuna dərhal son qoymağı tələb edir. Təl-Əviv bunu bu qətnamənin qəbulundan sonra 12 aydan gec olmayaraq etməlidir. BMT Baş Assambleyası həmçinin İsraildən beynəlxalq hüquq çərçivəsində bütün hüquqi öhdəliklərinə əməl etməyi tələb edir”, - sənəddə qeyd olunur.

Bundan əlavə, sənəd İsraildən “ərazilərin qeyri-qanuni işğalı nəticəsində dəymiş bütün zərəri ödəməyi” tələb edir. Həmçinin işğala görə evlərini tərk etmək məcburiyyətində qalan fələstinlilərin qayıtmasına icazə verilməsi vurğulanıb.

Qətnaməni 124 dövlət dəstəkləyib, 14 ölkə əleyhinə çıxıb, daha 43 dövlət səsvermədə bitərəf qalıb.

Qətnamənin qəbulu üçün üçdə iki səs tələb olunurdu.


Müəllif: Arzu

Oxşar xəbərlər