18 Sentyabr 21:29
343
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden Tbilisiyə qarşı sanksiyalar məsələsində qeyri-rəsmi təsirə məruz qalır.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze şəxsən Baydenin Tbilisiyə qarşı sanksiyalar tətbiq etməsinə şübhə ilə yanaşdığını deyib. Siyasətçi ABŞ-ın bundan sonra Gürcüstana qarşı sanksiyalar tətbiq etməyəcəyinə ümid edir.

“Mən buna inanmıram. Düşünürəm ki, qeyri-rəsmi təsirlər var, mən təfərrüatlara varmaq istəmirəm”, - Gürcüstanın baş naziri deyib.

O vurğulayıb ki, əks halda Tbilisi Vaşinqtonla münasibətlərə yenidən baxmalı olacaq.


Müəllif: Arzu

Oxşar xəbərlər