Livanda partlayan peycerleri Macarıstanın "BAC Consulting KFT" şirkəti layihələndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə peycer istehsal edən Tayvan şirkəti "Gold Apollo" məlumat yayıb.
Belə ki, “Gold Apollo” brendinin sahibi bu gün bəyanat yayaraq, bu məhsulun yalnız Macarıstanda ünvanı olan şirkətlər tərəfindən istehsalına və satışına icazə verildiyini bildirib.
Şirkətin məlumatına görə, AR-924 peycerlərini Macarıstanın "BAC" şirkəti istehsal edib və satıb. "Gold Apollo" isə öz brendindən istifadə etməyə icazə verib, lakin məhsulların istehsalına görə məsuliyyət daşımır.