18 Sentyabr 11:29
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT Ermənistanın təhlükəsizliyinə, gələcək varlığına, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bu səbəblərdən Ermənistanın həmin strukturdakı fəaliyyətinin dondurduğunu xatırladıb.

“Ermənistanın KTMT-yə qayıtmağa cəhd etməsi və ya bu haqda düşünməsi ilə bağlı çoxlu müzakirələr gedir. Yalnız qaldırdığımız suallara konkret cavablar verilərsə, biz KTMT-dəki fəaliyyətimizi tam bərpa edəcəyik. Bunu bəyan etməyimizdən iki il keçir, amma cavab nəinki yoxdur, artıq olmayacağı bəllidir. Deyə bilərəm ki, inandırıcı cavab olmadıqca, Ermənistan KTMT-dən daha da uzaqlaşır”, - baş nazir vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər