18 Sentyabr 16:04
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq minimuma enib.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Əldə etdiyimiz uğurlardan biri də hərbi-texniki əməkdaşlıqla bağlıdır. Əvvəllər bizim Rusiya ilə 96 faizdən çox hərbi-texniki əməkdaşlığımız olub. Bu gün bu rəqəm 96-dan 10 faizdən aşağı düşüb. Bu, son 3-4 ildə aparılan siyasətin uğurudur. Bu gün bizim hərbi-texniki əməkdaşlıq sahəsində bir neçə mühüm tərəfdaşımız var. Biri Hindistan, digəri Fransadır və başqa tərəfdaşlar da axtarırıq”, - şura rəhbəri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər