18:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı Neftçala şəhərində anadan olan Azərbaycan Ordusunun kapitanı Cəfərov Xəzər Qalib oğlunun və Qazaxbərəsi kənd sakini Abuşov Habil Qulam oğlunun il mərasimləri keçirilib, məzarları ziyarət olunub.

Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, şəhidin hərbiçi yoldaşları, qazilər, din xadimləri və rayon ictimaiyyəti iştirak edib.

İlk öncə şəhidlərimiz ailə üzvlərinə baş çəkilib, qayğıları ilə maraqlanılıb, onlar üçün təşkil olunan ehsan süfrəsində iştirak edilib, şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub və məzarlarına gül dəstələri düzülüb.

Neftçala Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ictimaiyyəti adından şəhid hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər