23 Sentyabr 20:41
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, Azərbaycanın Dövlət Neft Şirkəti - SOCAR və Macarıstanın Neft-Qaz şirkəti olanq «MOL Hungarian Oil and Gas» yeni neft müqaviləsi imzalayıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 20-də şirkətlər arasında «Şamaxı-Qobustan» sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında anlaşma memorandumu imzalanıb.

SOCAR prezidenti Rövşən Nəcəf ilə və «MOL Hungarian Oil and Gas»ın sədri və baş icraçı direktoru Zsolt Hernadinin imzaladığı müqavilə «Şamaxı-Qobustan» neft sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilat haqqında məsələləri əhatə edir.

«MOL Hungarian Oil and Gas» nə şirkətdir?

Qeyd edək ki, bu Macarıstanın «MOL Hungarian Oil and Gas», yəni sadəcə «MOL Group» şirkəti bir neçə ölkədə işləyən beynəlxalq şirkətdir.

Sentyabrın 20-də imzalanan sənəd «MOL Hungarian Oil and Gas»nin Azərbaycanda ilk müqaviləsi deyil, şirkət Azərbaycanın neft qaz layihələrində 5 il əvvəldən iştirak etməyə başlayıb. Belə ki, 2019-cu ildə şirkət «Azəri-Çıraq-Günəşli» (“AÇG”) neft yatağında 9,57%, 2020-ci ildə isə neftin əsas ixrac kəməri olan Bakı-Tbilisi-Ceyhan (“BTC”) boru kəmərində isə 8,9% pay alıb.

Hazırda Bakı ofisi olan «MOL Azərbaycan»ın 10 işçisi var.

Hazırda «MOL Hungarian Oil and Gas» şirkəti Macarıstan və Azərbaycandan əlavə, Rusiya, Qazaxıstan, İraq, Pakistan, Misir, Xorvatiya və Rumıniyada da neft-qaz-enerji layihələrində iştirak edir.

«Şamaxı–Qobustan» neftli-qazlı sahəsində nə var?

Macarıstan şirkətinin tərəfdaş olduğu «Şamaxı–Qobustan» neftli-qazlı sahəsində nə qədər ehtiyat olduğu hələ bilinmir. Məhz buna görə, ərazi yataq deyil, sahə adı verilib. Ərazi mürəkkəb geologiyaya malikdir. Neft-qazlılığı güman edilən sahələrin çox olmasına baxmayaraq tektonik quruluşun mürəkkəbliyindən yalnız iki yataq aşkar edilib: «Umbakı» neft yatağı, «Duvannı» qaz-kondensat yatağı.

Yeni imzalanan müqavilə bu ərazidə kəşfiyyat aparıb nə qədər neft qaz olduğunu aşkara çıxarmaq, daha sonra onu istismarını nəzərdə tutur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər