İrəvanın Avropa Birliyinə (AB) üzvlük cəhdləri Ermənistan üçün təhlükəlidir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Qərbpərəstlər”in təşkil etdikləri AB-yə üzvlüklə bağlı imzatoplama kampaniyası Ermənistanın təhlükəsizlik təminatları baxımından mənasızdır və təhlükəli bir məşqdir”, - ekspert bildirib.
Surenyantsın fikrincə, bunu özünə qarşı həmlə hesab edən Rusiya məsələnin üstündən sakit keçməyəcək.
Qərbin Ermənistana təhlükəsizlik təminatlarına gəlincə, politoloq hesab edir ki, bunlar illüziyalardan ibarətdir.