Bu gün İranın şimalında yerləşən Simnan vilayətinin Gəmrsar rayonunda Fəcr sənaye parkındakı istehsal müəssisələrindən birində güclü partlayış baş verib və yanğın başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Simnan vilayəti üzrə idarəsinin direktoru Hüseyn Derəxşan deyib.
Onun sözlərinə görə, ilk partlayışdan sonra ardıcıl iki partlayış da qeydə alınıb. Hazırda partlayış nəticəsində yanğın genişlənib.
Fəcr sənaye parkında böyük yanğın müşahidə olunur. Hadisə yerinə xilasetmə, yanğınsöndürmə qüvvələri cəlb edilib.