Tədqiqatçılar Karlos de la Fuente Markos və Raul de la Fuente Markos Yer kürəsinin bəzi özünə yaxın obyektlər (NEO) və ya asteroidləri orbitinə çəkərək onları peyklərinə (miniaylar) çevirə biləcəyi iddia olunan bir araşdırma dərc ediblər.
Teleqraf.com xəbər verir ki, elm adamları bununla bağlı mümkün kosmik obyektin adının bəlli olduğunu deyirlər.
Hesablamaya görə, həmin səma cismi 2024 PT5 asteroidi ola bilər. Bu asteroid sentyabrın 25-dən noyabrın 25-dək Yerin ətrafında dövr edəcək. Alimlər kəşfi “yeni miniay” adlandırıb. Belə bir hadisənin 2055-ci ildə təkrarlana biləcəyi də vurğulanır.
NASA asteroidi avqustun 7-də kəşf edib, elm adamları onun Arjuna asteroid qurşağından gəldiyini güman edirlər və ehtimal ki, Yerin orbitindən çıxan kimi geri qayıdacaq.
Çox nadir hallarda asteroid Yerin cazibə qüvvəsinə düşür və planetin ətrafında dövr edir, yaxud “Ay”a çevrilir.
Astronomlar hesab edirlər ki, 2024 PT5 qravitasiya bağından qopmadan və kosmosa uçmazdan əvvəl planetin ətrafında dövrə vuracaq. Ölçüsü cəmi 10 metr olan miniayı peşəkar teleskop olmadan Yerdən görmək çox çətin olacaq, ona görə də adi gözlə bu hadisə müşahidə edilməyəcək.